Qidalanma
Hansı qidalar təzyiqi qaldırır?
Qidalanma

Hansı qidalar təzyiqi qaldırır?

Hipertoniya çox yayılmış xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada yaşayan insanların 60%-i hipertoniyadan əziyyət çəkir.

E-saglam.az xəbər verir ki, hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları və içkiləri qidalanmada minimuma çatdırmalıdır.

Yalnız bu halda təzyiqi normallaşdırmaq mümkün olacaq. Bəzən insanlar fikirləşir - təzyiqi salan dərman içirəmsə, deməli istənilən qida qəbul edə bilərəm. Bu çox təhlükəli yanılmadır. Bu halda hipertoniyanı kontrol etmək mümkün olmayacaq, xəstəlik daha da inkişaf edəcək və müxtəlif ağır fəsadların inkişafına səbəb olacaq. Hipertoniya zamanı pəhriz müalicənin ayrılmaz tərkib hissəsidir.

Beləliklə, hansı qida və içkilər təzyiqin artmasına səbəb olur:

- duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar, konservlər

- kolbasa, sosis

- yağlı ət, qara ciyər, balıq, balıq yağı, kürü

- ədviyyatlar (qırmızı və qara istiot, mixək, xardal, qıtığotu)

- yağlı kremlərlə tortlar, pirojnalar, dondurma

- bulkalar, piroqlar və s. mayalı xəmirdən hazırlanmış şirin un məmulatları

- şirin qazlı içkilər (müxtəlif limonadlar, "kola", "fanta" və s.)

- şokolad

- göbələklər

- zeytun

- qəhvə, kakao, tünd qara və yaşıl çay

- yağlı xama, qaymaq, duzlu pendir

- qoz-fındıq

- spirtli içkilər.

Bəzi otların qəbulu təzyiqin qalxmasına səbəb ola bilər. Bu otlar arasında - jenşen, eleuterokokk, dazı otu və s.

Təbii ki, əgər hipertoniyadan əziyyət çəkən insan həftədə 1 dəfə 1 tikə pendir və ya 1 kiçik pirojna yeyərsə, bu onun sağlamlığına ciddi ziyan vurmayacaq. Lakin qadağan olunmuş qidaların tez-tez qəbulu qəti surətdə yolverilməzdir.

Sağlamlığınızı qoruyun! /Saglamolun.az/

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun