Xəstəliklər
Hansı insanların digərlərindən daha tez xərçəngə tutulduğu
Xəstəliklər
381

Hansı insanların digərlərindən daha tez xərçəngə tutulduğu aşkarlanıb

Qlazqo Universitetinin alimləri öyrənmə qüsuru olan insanların metastatik xərçəngə tutulma ehtimalının daha yüksək olduğunu müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri BMJ Open jurnalında dərc olunub.

Tədqiqatçılar zehni geriliyi olan yetkinlərin sayını müəyyən etmək üçün 2011-ci ildə Şotlandiya siyahıyaalınmasının nəticələrinə nəzər yetiriblər. Daha sonra isə siyahını Şotlandiya Xərçəng Reyestrinin arxivindəki məlumatlarla müqayisə ediblər.

Məlum olub ki, öyrənmə çətinliyi olan böyüklərdə naməlum mənşəli metastatik xərçəngin (digər orqanlara yayılmış xərçəng) inkişaf riski yüksəkdir. Tədqiqat həmçinin müəyyən edib ki, xüsusi qayğıya ehtiyacı olan insanların digərlərinə nisbətən inkişaf etmiş xərçəngdən ölmək ehtimalı üç dəfə çoxdur.

Öyrənmə çətinliyi olan qadınlar arasında vaxtından əvvəl ölümün ən çox yayılmış səbəbləri süd vəzi xərçəngi, həzm sistemi xərçəngi (xüsusilə kolorektal xərçəng) və ağciyər xərçəngi olub. Bununla belə, əqli geriliyi olan qadınlarda süd vəzi, yumurtalıq və uşaqlıq boynu xərçəngindən ölüm riski daha yüksək idi.

Öyrənmə qüsuru olan kişilərdə ölümün ən çox görülən səbəbləri həzm sisteminin bədxassəli şişləri (ən çox kolorektal xərçəng), ağciyər xərçəngi və mənşəyi məlum olmayan xərçəngdir.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun