Xəstəliklər
Hande Harmancı koronavirusun yeni ştamından qorunmağın yollarını açıqlayıb
Xəstəliklər
102

Hande Harmancı koronavirusun yeni ştamından qorunmağın yollarını açıqlayıb

“Qlobal dünyada nə varsa Azərbaycanda da olacaq. Yəni, əgər COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.

“Qlobal dünyada nə varsa Azərbaycanda da olacaq. Yəni, əgər COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.

“Report”un Naxçıvan bürosunun xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var: “Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etməlidirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni, əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.

H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi. O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı: “Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.

Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun