Tibbi xəbərlər
Hamiləliyin 14-20-ci həftələrində gizli təhlükə:
Tibbi xəbərlər
317

Hamiləliyin 14-20-ci həftələrində gizli təhlükə: Erkən doğuşa səbəb olur

Hamiləlikdə vaxtından əvvəl doğuş, xüsusilə 14-20-ci həftələrdə heç bir simptom olmadan irəliləyə bilən təhlükəli vəziyyətdir.

E-saglam.az xəbər verir ki, uşaqlıq boynu çatışmazlığı, infeksiyalar, genetik faktorlar və ağır iş şəraiti kimi amillər bu riski artıra bilər.

Əsas səbəblər:

Uşaqlıq boynu çatışmazlığı – Uşaqlıq boynu çatışmazlığı, hamiləliyin erkən mərhələsində uşaqlıq boynunun zəifləyib açılması ilə xarakterizə olunur. Bu vəziyyət simptom göstərmədən vaxtından əvvəl doğuşa və aşağı düşmə riskinə səbəb ola bilər. Adətən 14-20-ci həftələrdə baş verir və müntəzəm hamiləlik müayinəsi ilə aşkar edilə bilər.

İnfeksiyalar – Sidik yolları və intrauterin infeksiyalar erkən doğuşa səbəb ola bilər.

Genetik faktorlar – Vaxtından əvvəl doğuş tarixi olan ailələrdə risk daha yüksəkdir.

Ağır iş şəraiti – Uzun müddət ayaq üstə durmaq və fiziki gərginlik erkən doğuşa təkan verə bilər.

Vaxtından əvvəl doğuş riski olan analar mütəmadi müayinədən keçməli və həkimlə məsləhətləşməlidir. Ertələnmiş tədbirlər ana və körpə sağlamlığı üçün ciddi problemlərə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun