Dərialtı implantlar dövrümüzdə hamiləlikdən qorunma üsullarından biridir.
Bu sözləri E-saglam.az-a açıqlamasında ginekoloq Naidə Əhmədova deyib.
Onun sözlərinə görə, bu implantlar birbaşa dərinin altına yerləşdirilir. "Dərinin altına yerləşdirilən bu nazik çubuq sayəsində implantın yerləşdirilməsi rahatlıqla nəticələnir. Çubuğun ucunda progesteron dediyimiz hormon var. Bu maddə yumurtalıqlardan yumurtaların çıxmasının qarşısını alır. Həmçinin uşaqlıq boynunda spermanın uşaqlığa daxil olmasını çətinləşdirən dəyişikliklərə səbəb olur".
Lakin bu implantların fəsadları da az deyil. Bəs kimlərə olmaz?
- İmplantdakı maddələrə qarşı allergiyanız varsa
- Sarılıq varsa və ya olubsa
- Ağır qaraciyər xəstəliyi və ya qaraciyər şişi varsa və ya olubsa
- Əgər sizə döş və ya cinsiyyət orqanlarında xərçəng diaqnozu qoyulubsa və ya əvvəllər xərçəng olubsa
- Hamiləlik və ya hamiləlik şübhəsi varsa, implant üsuluna üstünlük verilmir.
- Əgər siz diabet xəstəliyiniz, yüksək xolesterolunuz, epilepsiyanız, yüksək qan təzyiqiniz varsa, həkim nəzarəti altında olmalısınız.
Könül Oruc