Tibbi xəbərlər
Hamiləlikdə yüksək arterial təzyiq təhlükəsi -
Tibbi xəbərlər
230

Hamiləlikdə yüksək arterial təzyiq təhlükəsi - Nələrə diqqət olunmalıdır?

Hamiləlik dövründə qadın orqanizmində baş verən fizioloji dəyişikliklər qan təzyiqinin tənzimlənməsinə də təsir edir.

E-saglam.az mövzu ilə bağlı "Məlhəm Beynəlxalq Hospitalı"nın uzman doktoru Günel Sadıqovanın məqaləsini təqdim edir:

Normal hamiləlikdə sistemik damar müqaviməti azalır və nəticədə arterial təzyiqdə cüzi enmə müşahidə oluna bilər. Lakin bəzi hallarda təzyiq normadan yuxarı qalxır ki, bu da ana və fetus üçün ciddi perinatal və maternal risklər yaradır. Bu məqaləmizdə hamiləlikdə hipertoniya vəziyyətlərinin növləri, yaranma səbəbləri, patofiziologiyası, diaqnostika meyarları və müalicə prinsipləri haqqında danışacam.

Hamiləliklə Əlaqədar Hipertoniya Növləri (ISSHP təsnifatına əsasən)

1. Xroniki hipertoniya

Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləliyin ilk 20 həftəsində aşkarlanan hipertoniya.

Qan təzyiqi ≥140/90 mmHg səviyyəsindədir və doğuşdan sonra da davam edir.

Bəzən preeklampsiya ilə ağırlaşa bilər.

2. Gestasional hipertoniya

Hamiləliyin 20-ci həftəsindən sonra yaranır, lakin proteinuriya və digər orqan disfunksiyası olmur.

Əgər doğuşdan sonra 12 həftə ərzində təzyiq normallaşarsa, gestasional hipertoniya təsdiqlənir.

3. Preeklampsiya

Hipertoniya + ≥300 mg/24 saat proteinuriya və ya klinik-laborator disfunksiya (qaraciyər enzimlərinin yüksəlməsi, trombositopeniya, böyrək funksiyasının pozulması, nevroloji simptomlar).

Multiorqan təsir göstərən sistemik endotel zədələnməsi ilə xarakterizə olunur.

Ağırlaşmış hallarda eclampsiya, HELLP sindromu, DİK sindromu, plasenta ayrılması və intrauterin fetal ölüm kimi nəticələr doğura bilər.

4. Preeklampsiya ilə ağırlaşmış xroniki hipertoniya

Əvvəldən hipertoniya olan pasiyentdə hamiləlik zamanı preeklampsiyaya spesifik əlamətlərin inkişafı ilə xarakterizə olunur.

Preeklampsiyanın əsas mexanizmi trofoblast invaziyasının pozulması nəticəsində uteroplasentar perfuziyanın azalması və sistemik endotel disfunksiyasıdır. Plasentada hipoksiya və iskemi nəticəsində anti-angiogen faktorlar (sFlt-1, endogelin və s.) artır, bu da ana damar sistemində vazokonstriksiya, kapilyar keçiriciliyin artması və koqlyopatiyaya səbəb olur. Bu dəyişikliklər nəticəsində:

Arterial təzyiq yüksəlir

Plazmada zülal itkisi baş verir

Orqan perfuziyası pozulur (böyrək, qaraciyər, beyinə təsir)

Risk faktorları nələrdir?

Birinci hamiləlik (primigravidlik)

35 yaşdan yuxarı yaş

Əvvəllər preeklampsiya keçirmiş olmaq

İkili və ya çoxdöllü hamiləlik

Antifosfolipid sindromu

Lupus, şəkərli diabet, xroniki böyrək xəstəlikləri

İrsi hipertoniya meyli

Piylənmə (BMI > 30)

ART (assisted reproductive technology) yolu ilə hamiləlik

Diaqnoz necə qoyulur?

Qan təzyiqi ölçülməsi – təkrarlanan ölçmələrlə təsdiqlənir (ən azı 4 saat ara ilə, 2 dəfə ≥140/90 mmHg)

Proteinuriya yoxlanışı:

24 saatlıq sidikdə ≥300 mg zülal

protein /kreatinin nisbəti ≥30 mg/mmol

Dipstik üsulu ilə ≥1+

Laborator testlər:

Qan analizləri: trombositlər, qaraciyər enzimləri (AST, ALT), kreatinin, LDH

Sidik analizi

Koaqulyasiya profili

UZİ ilə fetal inkişaf dəyərləndirməsi

Doppler müayinələri (uterin arter, umbilikal arter)

Əlamətləri və Klinik Gediş necədir?

Davamlı baş ağrısı, görmə pozğunluğu

Epigastrik və ya sağ üst kvadrantda ağrı

Üzdə, əllərdə və bədəndə ödem

Oliguriya (sidik azalması)

Qıcolma (eclampsiya)

Qaraciyər zədələnməsi (HELLP: Hemoliz, Elevated Liver enzymes, Low Platelets)

Müalicəsi

Farmakoloji Müalicə:

Metildopa, Labetalol, Nifedipin – hamiləlikdə istifadəsi təhlükəsiz sayılan antihipertenzivlərdir.

ACE inhibitorları və ARB-lər – qəti qadağandır (fetotoksik effektə görə).

 Antikonvulsiv müalicə:

Preeklampsiya və eclampsiyanın qarşısının alınması üçün magnezium sulfat istifadə olunur.

 Yatış və müşahidə:

Ağır hallarda xəstəxana şəraitində müşahidə

Fetal sağlamlıq monitorinqi

Plasentar perfuziyanı qiymətləndirmək üçün doppler USM

Doğuşun planlaşdırılması:

37 həftədən sonra preeklampsiya varsa, doğuş tövsiyə olunur.

Ağır hallarda 34 həftədən əvvəl də doğuş zəruri ola bilər.

Proqnoz və profilaktikası

Effektiv prenatal nəzarət ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır.

ASA (aspirin) profilaktikası – yüksək riskli qadınlarda hamiləliyin 12–16-cı həftələrindən başlayaraq 150 mq gündəlik aspirin istifadəsi preeklampsiya riskini azalda bilər.

Nəticə olara hamiləlikdə hipertoniya sistemik və multifaktorial bir pozğunluq olub, ciddi maternal və fetal nəticələrə yol aça bilər. Bu vəziyyətin vaxtında aşkarlanması, düzgün təqibi və fərdiləşdirilmiş müalicə yanaşması həm ana, həm də döl üçün nəticələri yaxşılaşdırır. Müasir mama-ginekologiyada preeklampsiya və hipertoniya ilə mübarizə üçün multidissiplinar yanaşma zəruridir.

"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə: 

Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan

https://www.instagram.com/melhembeynelxalqhospital/

Həkimlə əlaqə: 

https://www.instagram.com/uzman.ginekoloq.gunelsadikhova/

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun