Tibbi xəbərlər
Arıqlama iynələrindən sonra qadının
Tibbi xəbərlər
10

Arıqlama iynələrindən sonra qadının dili qaraldı

Arıqlama üçün istifadə edilən “Wegovy” iynələrindən sonra 32 yaşlı Sara-Ceyn Kroufordda ciddi sağlamlıq problemləri yaranıb.

E-saglam.az xəbər verir ki, onun dilində qaralma müşahidə olunub, həmçinin öd kisəsi ilə bağlı ağır fəsadlar inkişaf edib.

Qadının sözlərinə görə, dozanın artırılmasından bir neçə həftə sonra onda güclü qarın ağrısı, təkrarlanan qusma tutmaları və ağız boşluğunda qeyri-adi hisslər başlayıb. Daha sonra o, dilinin qaraldığını görüb. Aparılan tibbi müayinələr zamanı çoxsaylı öd daşları və bağırsaq iltihabı aşkarlanıb.

Vəziyyəti ağırlaşan pasiyent xəstəxanaya yerləşdirilib. Müayinələr öd yollarının tıxandığını göstərib. Həkimlər ağırlaşmaların və pankreatit riskinin qarşısını almaq üçün onun öd kisəsinin çıxarılmasına qərar veriblər.

Əməliyyatdan sonra qadın dərman qəbulunu dayandırıb və vəziyyətinin tədricən yaxşılaşdığını bildirib. O, səhhətində yaranan problemləri arıqlama iynələri ilə əlaqələndirərək, bu tip preparatlardan istifadə etməzdən əvvəl risklərin ciddi şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun