Anestezioloq İdel Kasimov anesteziya altında oyanmağın mümkün olub-olmadığını müzakirə etdi.
E-saglam.az xəbər verir ki, o, belə halların qeydə alındığını, lakin onların olduqca nadir olduğunu vurğuladı.
"Təcrübədə, ümumi anesteziya zamanı huş tamamilə itirilir. Oyanmaq demək olar ki, mümkün deyil. Sakitləşdirici təsir altında bu mümkündür, amma eşitdiyiniz dəhşətli hekayələrdəki kimi deyil. İnsan əməliyyat otağındakı ətrafı və ya həkimlərin əməliyyatdan sonra etdiklərini xatırlaya bilər. Xəstə bu anlarda ağrı hiss etmir, amma bəzən narahatlıq yarana bilər", - deyə həkim izah etdi .
Üstəlik, əgər həkim xəstənin əməliyyat zamanı oyanmağa başladığını görsə, dərmanın yaratdığı yuxuya reaksiya vermək və dərinləşdirmək üçün vaxtı olacaq.
Tərcümə: Könül Oruc