Tibbi xəbərlər
Hamiləlikdə suyun (dölyanı mayenin) çox olması nə ilə təhlükəlidir? - Açıqlama
Tibbi xəbərlər
997

Hamiləlikdə suyun (dölyanı mayenin) çox olması nə ilə təhlükəlidir? - Açıqlama

Dölyanı mayenin çox olması – mamalığın aktual və hələ də sona qədər öyrənilməmiş problemlərindən biridir. Hamiləlikdə suyun çox olması nə deməkdir?

Mövzu ilə bağlı E-saglam.az-a açıqlama verən Dr.Ginekoloq Xəyalə İsmayılova bildirib ki, bu patologiya amniotik boşluqda mayenin artıq olması ilə xarakterizə olunur:

"Yəni, dölyanı maye hamiləliyin sonunda 1,5 l-dən, çoxsaylı xarici ədəbiyyatlara görə isə – 2 litrdən çox olur. Patologiyanın rastgəlmə tezliyi 0,3-1,2% təşkil edir. Adətən kliniki əlamətlər mayenin həcmi 3 l-dən çox olduqda ortaya çıxır". 

Dölyanı mayenin çoxluğu nə ilə təhlükəlidir? 

Ginekoloqun sözlərinə görə, dölyanı mayenin artıq olması həm döl, həm də, ana üçün təhlükəlidir:

"Adətən erkən dövrlərdə ondan qabaq hamiləlik qusması (36%-də), plasentar çatmamazlıq, özbaşına düşüklər, dölün hipotrofiya və hipoksiyası, bətndaxili inkişafın ləngiməsi ola bilər". 

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun