Tibbi xəbərlər
Hamiləlik zamanı qoxuya qarşı həssaslığın səbəbi nədir? -
Tibbi xəbərlər

Hamiləlik zamanı qoxuya qarşı həssaslığın səbəbi nədir? - Həll yolu

Hamiləlik qadın orqanizmində çoxlu dəyişikliklərə səbəb olan bir prosesdir. Bu dəyişikliklərdən biri qoxuya qarşı həssaslığın artmasıdır. Hamiləlik dövründə qadınlar normaldan daha güclü qoxuları qəbul edə bilirlər. Bu, xüsusilə hamiləliyin ilk trimestrində özünü göstərir.

E-saglam.az xəbər verir ki, hamiləlik zamanı hormon səviyyələri kəskin şəkildə dəyişir. Bu dəyişikliklər qoxu reseptorlarının daha həssas olmasına səbəb olur. Eyni zamanda, artan qan axını beyindəki qoxu mərkəzlərini daha sürətli aktivləşdirir və nəticədə hamilə qadınlar bəzi qoxulara qarşı daha həssas reaksiya verirlər.

Hamiləlikdə qoxu həssaslığını azaltmaq üçün nə etməli?

Güclü qoxuların təsirini azaltmaq üçün müəyyən addımlar atıla bilər. Təzə və yüngül qoxuların seçilməsi, ətir və kimyəvi maddələrdən mümkün qədər uzaq durmaq, sarımsaq kimi kəskin qoxulu qidalardan çəkinmək və yaşadığınız mühiti tez-tez havalandırmaq qoxuya həssaslığı azaltmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun