Tibbi xəbərlər
Hamiləlik zamanı edilən bu səhv vaxtından əvvəl
Tibbi xəbərlər
271

Hamiləlik zamanı edilən bu səhv vaxtından əvvəl doğuşa səbəb ola bilər

Doğum və ginekologiya üzrə mütəxəssis, Op. Dr. Hakan Bilgesoy bildirir ki, hamiləlik dövründə çiy və ya az bişmiş ət istehlakı toksoplazmoz və salmonella kimi parazitlər səbəbilə erkən doğuş və düşük riski yarada bilər.

E-saglam.az xəbər verir ki, bu infeksiyalar anaya zərər verdiyi kimi, körpənin görmə, eşitmə və beyin inkişafında problemlərə yol aça bilər.

Mütəxəssis qeyd edir ki, bu parazitlər yalnız ətdən deyil, həm də yaxşı yuyulmamış meyvə-tərəvəzdən keçə bilər. Eyni zamanda, çiy ətlə təmasda olan bıçaq, kəsmə taxtası və digər səthlər də yaxşıca təmizlənməlidir.

Ətə toxunduqdan sonra əllər mütləq yuyulmalı, hamilə qadınlar isə ət istehlak etməzdən əvvəl həkimlə məsləhətləşməli və yalnız yaxşı bişmiş, gigiyenik şəkildə hazırlanmış ətlərə üstünlük verməlidir.

Dr. Bilgesoy xüsusilə Qurban bayramı günlərində təzə kəsilmiş ətin dərhal istehlak edilməsinin düzgün olmadığını vurğulayır. Onun sözlərinə görə, bu, həzm problemlərinə və susuzluğa səbəb ola bilər. Ət soyuducuda ən az 1 gün saxlanmalı və sonra yaxşı bişirilərək istehlak edilməlidir.

Qidalanma və pəhriz mütəxəssisi Gül Uygun Karakulak isə ət məhsullarının bişirilmə üsulunun da çox vacib olduğunu bildirir. Çiy və ya az bişmiş ət bakteriyalar daşıya bilər. Digər tərəfdən, həddindən artıq bişmiş və xüsusilə manqalda atəşə çox yaxın bişmiş ətlərdə kanserogen maddələr əmələ gələ bilər. Bu maddələr gələcəkdə xərçəng riskini artıra bilər. Manqalda bişirərkən ət ilə atəş arasında 15-20 sm məsafə saxlanmalıdır.

Karakulak əlavə edir ki, bayram süfrələrində şərbətli desertlərə ölçü ilə yanaşmaq, onların əvəzinə dondurma və düyü şirniyyatı kimi yüngül təamları seçmək daha doğrudur. Çünki şirniyyatlar qan şəkərinin sürətlə yüksəlməsinə və çəki artımına səbəb ola bilər. Eyni zamanda su qəbulu da çox vacibdir – gündə ən azı 2-2,5 litr su içilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun