Hamiləlik zamanı dölün inkişafdan geri qalması nə dərəcədə təhlükəlidir?
Çəkidə baş verən kiçik dəyişikliklər böyüklərin sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmirsə, körpələr üçün bədən çəkisinin hər qramı vacibdir.
Məsələ ilə bağlı E-saglam.az-a danışan cərrah ginekoloq, Dr Kamran Nağıyev bildirib ki, bədən çəkisi az olan körpələr (2500 qramdan aşağı) xəstəliklərə daha çox meyllidirlər. İnkişafda olan fərqlər yalnız 9-10 yaşda silinir, bəzən isə yetkinlik dövründə özünü göstərir.
Buna görə də, dölün normal qaydada inkişaf edib-etməməsinə diqqət yetirmək vacibdir.
Dölün inkişafını dayandıran bir neçə amil var:
- Siqaret çəkilməsi
- Spirtli içki qəbulu
- Xromosom anomaliyaları
- İnfeksiyalar
- Plasenta funksiyasının pozulması
- Qan laxtalanma faktorlarının pozulması
- Yüksək və ya aşağı qan təzyiqi
- Hamiləliyin ikinci yarısında toksikoz
- Diabet
Körpənin inkişafını izləmək üçün klinikamızda mövcud olan ultrasəs müayinəsi həyata keçirilir. İxtisaslı mütəxəssis patologiyaların mövcud olub-olmamasını müəyyən edib vaxtında müalicə təyin edəcək.
Könül Oruc