Xəstəliklər
Hamiləlik dövründə normal çəki artımı nə qədərdir?
Xəstəliklər

Hamiləlik dövründə normal çəki artımı nə qədərdir?

Hamiləlik dövründə alınan kilo ananın sağlamlığı və körpənin inkişafı üçün vacibdir.

Hamiləliyin ilk vaxtlarından etibarən kilo artımına həddindən artıq diqqət göstərilməlidir. Hamiləlik prosesinin mütəxəssis həkim tərəfindən izlənilməsi vacibdir. 

Hamiləlik dövründə normal çəki artımı nə qədərdir?

Ginekoloq Esra Nur Özgür deyir ki, hamiləlik dövründə kilo almaq hər bir ana üçün qaçınılmaz bir prosesdir. Hamilə qadınlar hamiləlik dövründə az da olsa kilo alacaqlar. Bu müddət, ananın doğuşdan əvvəl çəki ilə nə qədər kilo alması lazım olduğuna bağlıdır. Hamiləlik zamanı bədən kütlə indeksi normal səviyyədədirsə, təxminən 10-15 kilo almaq normaldır.

Bədən kütləq indeksi 19 və daha aşağı olan incə hamilə qadınlarda 13-18 kiloya qədər çəki artımı ola bilər. Əkiz hamiləlikdə də 13-18 kiloya qədər kilo artımı ola bilər. Bədən kütləsi indeksi 25 və yuxarı olduğu halda, yəni gələcək ananın kilolu olduğu təqdirdə, 7-10 kilodan çox çəki artımı məsləhət görülmür.

Həddindən artıq çəki hansı problemlərə səbəb olur?

Həddindən artıq kilo almaq analar üçün hamiləlik şəkəri, hipertaniya, oynaq və bel ağrısı kimi fərqli sağlamlıq problemlərini ortaya çıxara bilər. Sağlam bir pəhriz, kilo nəzarəti və hamiləlik dövründə xüsusi bir maneə olmadığı təqdirdə müntəzəm idman sağlam hamiləlik və doğuş üçün çox vacibdir. 

Tərcümə etdi: Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun