Faydalı
Hamilələr bunları mütləq bilməlidir
Faydalı

Hamilələr bunları mütləq bilməlidir

Hər bir hamilə qadının gündəlik rasionunda protein, minerallar (kalsium, fosfor, dəmir, sink, yod, maqnezium və s.) A, D, E, K, C, B qrup vitaminlər və fol turşusu olmalıdır

Bu vitaminlərin hansı qidalarda olduğu aşağıdakı siyahıda verilmişdir:

Protein - yeni toxumaların əmələ gəlməsi və hüceyrələrin yaranmasında faydası böyükdür. Hamiləlik zamanı gün ərzində 60 mq, uşaqəmizdirmə zamanı 65 mq qəbul edilməlidir. Ət, balıq, toyuq, yumurta, süd, pendir, quru lobya, fındıq, taxıl məhsullarında daha çox olur.

Minerallar:

Kalsium - sümük və dişlərin əmələ gəlməsi və möhkəmlənməsi üçün lazımdır. Süd, pendir, yumurta sarısı, tərəvəzlərin, paxlaların tərkibində daha çoxdur. Hamiləlik və südəmizdirmə zamanı gün ərzində 1200 mq qəbul edilmədir.

Fosfor - sümük toxumasının inkişafı üçün hər gün qəbul edilməlidir. Hamiləlik və südəmizdirmə zamanı gündəlik qəbulu 1200 mq-dır. Süd və dəniz məhsullarında daha çox olur.

Dəmir - proteinlə birlikdə hemoqlobilinin əmələ gəlməsi və qanyaranmada böyük rol oynayır. Dəmir ən çox ciyər, ət, fındıq, paxla, yumurta sarısı, tərəvəzlərdə olur. Hamiləlik zamanı orqanizmin dəmirə olan təlabatı 30 mq, südəmizdirmə zamanı isə 15 mq-dır.

Sink - sümük və sinir sisteminin möhkəmlənməsi üçün ehtiyac duyulan mineraldır. Ət, ciyər və dəniz məhsulların tərkibində daha çox olur. Hamiləlik vaxtı orqanizmin sinkə gündəlik ehtiyacı 19 mq, südəmizdirmə zamanı isə 15 mq-dır.

Yod - qalxanvari vəzin hormonal funksiyasının normallaşdırmaq üçün lazımdır. Dəniz məhsullarında və yodlu duzda daha çox olur. Hamiləlik zamanı orqanizmin gündəlik ehtiyacı 175 mq, südəmizdirmə zamanı 200 mq olur.

A - vitamini sümük və toxumaların böyüməsində faydalıdır. Kərə yağında, kürüdə və sarı rəngli meyvə-tərəvəzlərdə daha çox olur. Hamiləlik zamanı gündəlik ehtiyac 800 mq, südəmizdirmə zamanı isə 1200 mq-dır.

D vitamini kalsium və fosfor mübadiləsində iştirak edir, diş və sümüklərin mineral balansını təmin edir. Hamilələrin gündəlik ehtiyacı 10 mq, südəmizdirən anaların isə gündəlik ehtiyacı 12 mq-dır.

K vitamini qanın tərkibinin formalaşmasında böyük rol oynayır. Orqanizmdə bağırsaqlarda əmələ gəlir. Hamiləlik və südəmizdirmə zamanı gündəlik təlabat 65 mq-dir./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun