Xəbərlər
Hamilə qadınlara gecə və bayram günlərində işləməyə icazə veriləcək
Xəbərlər

Hamilə qadınlara gecə və bayram günlərində işləməyə icazə veriləcək

Azərbaycanda hamilə, 14 yaşınadək uşağı olan qadınlara gecə və bayram günlərində işləməyə icazə verilməsinə dair qanuna dəyişikliklər sonuncu oxunuşdan keçib.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək.

Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək.

Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun