Yandex watch
Hamı bunu "varlıların xəstəliyi" kimi bilir,

Xalq arasında "kralların xəstəliyi" və ya "varlıların xəstəliyi" kimi tanınan gut, metabolik pozğunluq olaraq xüsusilə kişilər arasında daha çox rast gəlinir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu xəstəlik sidik turşusunun yüksək səviyyəsi nəticəsində oynaqlarda kristalların yığılması ilə meydana gəlir. Müalicə olunmazsa, ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Gutun əsas simptomlarına oynaqlarda şiddətli ağrı, şişkinlik və qızartı daxildir. Xüsusilə ayaq baş barmağında başlayan bu ağrılar gecələr daha tez-tez hiss olunur. Bununla yanaşı, hərəkətin məhdudlaşması və hətta böyrək problemləri də xəstəliyin digər əlamətləri arasındadır.

Xəstəlik, purin adlanan birləşmələrin parçalanması zamanı yaranan sidik turşusunun düzgün ifraz olunmaması nəticəsində inkişaf edir. Xüsusilə qırmızı ət, dəniz məhsulları və spirtli içkilər kimi yüksək purin tərkibli qidaların həddindən artıq istehlakı gut riskini artırır.

Müalicə edilmədikdə, gut xəstəliyi yalnız oynaqlarda deyil, həm də böyrəklərdə ciddi problemlərə, o cümlədən daş əmələ gəlməsi və böyrək çatışmazlığına səbəb ola bilər. Erkən diaqnoz xəstəliyi nəzarət altına almaqda həlledici rol oynayır.

Xəstəliyin qarşısını almaq üçün aşağı purin tərkibli qidalanma, bol su istehlakı və alkoqoldan uzaq durmaq vacibdir. Eyni zamanda, müntəzəm fiziki fəaliyyət və artıq çəkidən qurtulmaq riskin azalmasına kömək edir.

Gut xəstəliyi həyat tərzi dəyişiklikləri və mütəxəssis nəzarətindəki müalicə ilə idarə oluna bilər. Erkən diaqnoz və düzgün qidalanma ilə xəstəliyin təsirlərini minimuma endirmək mümkündür. Sağlam həyat tərzi bu xəstəlikdən qorunmağın əsas yoludur.

Tərcümə: Könül Oruc

E-saglam.az