Tibbi xəbərlər
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında artıq
Tibbi xəbərlər

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında artıq göz əməliyyatları icra olunacaq

TƏBİB ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, səhiyyə infrastrukturunun yenilənməsi, xəstəxanaların fəaliyyətinin modernləşdirilməsi, yeni cərrahi əməliyyatların icrasına başlanılması və xidmət əlçatanlığının təmin edilməsi istiqamətində davamlı işlər görür.

E-saglam.az xəbər verir ki, həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin nəzdində göz əməliyyatlarının icrası üçün yeni imkanların yaradılıb.

Belə ki, tibb müəssisəsində artıq yüksək keyfiyyətli göz cərrahiyyəsi xidmətlərinin göstərilməsinə başlanılıb. Bir müddətdir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanada peşəkar həkim heyəti tərəfindən göz müayinələri və cərrahi müdaxilələr həyata keçirilir.

Şöbədə oftalmoloji müayinələrlə yanaşı, katarakta, qlaukoma, kantoplastika, intraokulyar göz bülluru protezinin taxılması, İOL implantasiyası, xroniki dakriosistit, çəpgözlük və orbitotomiya kimi bir sıra göz əməliyyatları da icra olunur.

Cari təmirdən sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da şöbə ilə tanış olub. Xəstəxananın direktoru Natiq Əliyev şöbənin fəaliyyəti və görülən işlərlə bağlı məlumat verərək bildirib ki, TƏBİB-in əsas məqsədlərindən biri regionların ixtisaslı tibbi kadrlarla təmin edilməsi və vətəndaşlara yerində yüksək səviyyəli xidmətlərin göstərilməsidir.

Qeyd edək ki, tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun