Tibbi xəbərlər
H5N1 quş qripindən ilk ölüm qeydə alınıb -
Tibbi xəbərlər
387

H5N1 quş qripindən ilk ölüm qeydə alınıb - ABŞ-də

ABŞ-nin Luiziana ştatında H5N1 növlü quş qripindən ilk ölüm halı qeydə alınıb.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə departamentinin saytında məlumat verilib.

Qeyd olunub ki, xəstənin yaşı 65-dən yuxarı olub və əvvəllər ona digər müşayiət olunan xəstəliklər diaqnozu qoyulub. Yoluxma həm ev, həm də vəhşi quşlarla təmasdan sonra baş verib. Luiziana Səhiyyə Departamenti bildirib ki, bu hal hələlik ştat ərazisində qeydə alınmış yeganə haldır və nəticədə sakinlər arasında H5N1 quş qripinin yayılma riski aşağı səviyyədə qalır.

Dekabrın sonunda ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ağır xəstəliyi olan xəstədə quş qripi virusunun mutasiyasının aşkar edildiyi barədə məlumat verib. Skripps İnstitutunun alimləri xəbərdarlıq ediblər ki, bu virusda tək bir dəyişiklik H5N1 ştammını insanlar arasında sürətlə yayılan hala gətirə bilər ki, bu da yeni pandemiyaya səbəb ola bilər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun