Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə baxış keçirib.
E-saglam.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı yanacaq çəninin içərisindən müxtəlif adda 920 flakon, 515 konvolyut və 400 ədəd dərman preparatları, müxtəlif növ stomatoloji ləvazimatlar və 9 000 ədəd tütün məmulatı aşkar edilərək ölkə ərazisinə qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Gürcüstandan Azərbaycana gələn digər nəqliyyat vasitəsinin qoşqusunda isə kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 002 qutu pirotexniki vasitə aşkar edilib.
Aşkar olunan faktlarla əlaqədar Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi araşdırma aparır.