Tibbi xəbərlər
Gürcüstanda peyvənd üçün yaş həddi 12-yə endiriləcək
Tibbi xəbərlər
196

Gürcüstanda peyvənd üçün yaş həddi 12-yə endiriləcək

Gürcüstanda yaxın zamanlarda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesinə başlanılacaq.

E-saglam.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, yaşı 12-dən yuxarı olan uşaqların vaksinasiyası pandemiyanın sona çatması üçün əsas məqamdır: “Vaksinasiya komitəsi bu məsələyə baxacaq və qərar 2-3 həftədən sonra qəbul olunacaq. Avropanın bir sıra ölkələrində belə təcrübə var, biz bunu nəzərə alacağıq”.

Nazir müavini deyib ki, 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsi valideynlərin istəyinə əsasən aparılacaq.

Qeyd edək ki, qonşu ölkədə hazırda vaksin 16 yaşdan yuxarı şəxslərə vurulur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun