Tibbi xəbərlər
Gürcüstanda 3 həftəlik uşaq koronavirusun “Britaniya” ştammından vəfat edib.
Tibbi xəbərlər
77

Gürcüstanda 3 həftəlik uşaq koronavirusun “Britaniya” ştammından vəfat edib.

Gürcüstanda 3 həftəlik uşaq koronavirusun “Britaniya” ştammından vəfat edib.

“Sputnik Gürcüstan” xəbər verir ki, körpə doğulandan beş gün sonra koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olan körpə dərhal süni tənəffüs cihazına qoşulub. Həkimlər 16 gün uşağın həyatı üçün mübarizə aparsalar da onu xilas edə bilməyiblər.

Eyni xəstəxanada daha iki yenidoğulmuşun süni tənəffs aparatına qoşulduğu qeyd edilir. Onların biri virusun “Britaniya”, digəri isə “Delta” ştammına yoluxub. Hər iki körpə respirator ağırlaşmalar, nəfəs darlığı və aşağı saturasiya ilə xəstəxanaya daxil olublar.

Hazırda xəstəxanada koronavirusa yoluxan 122 xəstə müalicə alır. Onların 67-si uşaq, qalanları isə onların valideynləridir.

Son məumatlara görə, Gürcüstanda pandemiya başlayandan 30 min uşaqda koronavirus qeydə alınıb.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun