Qan qlükoza səviyyənizi yaxşılaşdırmaq istəyirsinizsə, məşq etdiyiniz vaxta diqqət yetirmək istəyə bilərsiniz.
E-saglam.az xəbər verir ki, İspaniyanın Qranada Universitetinin alimləri belə düşünürlər.
"Obesity" jurnalında dərc edilən araşdırmada tədqiqatçılar orta çəkisi 32,9 olan 186 kilolu və ya obez yetkinlərin məlumatlarına baxıblar. Onların hamısı iki həftə ərzində hərəkətlərini izləmək üçün akselerometr və davamlı qlükoza monitoru taxıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, axşam saatlarında orta və güclü intensivlikli məşqlərin 50%-dən çoxunu yerinə yetirən iştirakçıların qanındakı qlükoza səviyyəsi saat 18:00-dan gecə yarısına qədər əhəmiyyətli dərəcədə azalıb. Üstəlik, bu təsir yalnız məşqdən dərhal sonra deyil, gün ərzində də davam edib.
Nəticələrimiz dəqiq məşq reseptinin vacibliyini vurğulayır. Klinik təcrübədə sertifikatlı idman və tibb işçiləri məşq performansını artırmaq üçün günün optimal vaxtını nəzərə almalıdırlar.
Tərcümə: Könül Oruc