Tibbi xəbərlər
Günü-gündən artan qar korluğu nədir? -
Tibbi xəbərlər

Günü-gündən artan qar korluğu nədir? - Oftalmoloqdan xəbərdarlıq

Soyuq hava şəraiti göz sağlamlığına mənfi təsir göstərir.

E-saglam.az xəbər verir ki, xalq arasında "qar korluğu" kimi tanınan fotokeratit hallarının artdığı bildirilir.

Qar korluğu nədir?
Oftalmoloq Dos. Dr. Evin Şingarın sözlərinə görə, qar korluğu ultrabənövşəyi (UV) şüaların qar və buzdan əks olunması nəticəsində yaranır. Bu zaman gözlərdə ağrı, yanma, qızartı, sulanma və yad cisim hissi müşahidə olunur.

Göz zədələnməsinə səbəb olur
Dos. Dr. Ahmet Karaca qar korluğunun gözün ən xarici təbəqəsi olan buynuz qişa və konyunktivanı zədələdiyini qeyd edib. Bu, infeksiyalara şərait yarada bilər.

Müalicə və tövsiyələr
Şiddətli ağrılar zamanı soyuq kompres və gözyaşı damcılarından istifadə tövsiyə edilir. Ağır hallarda antibiotik damcıları və qoruyucu kontakt linzalar tətbiq olunur. Simptomlar adətən 2-3 gün ərzində azalır.

Günəş eynəkləri vacibdir
Qar korluğu müvəqqəti görmə itkisinə səbəb ola bilər. Mütəxəssislər qış aylarında günəş eynəkləri taxmağı və ya alternativ olaraq papaqdan istifadə etməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun