Avropa Tibb Mərkəzinin nevroloqu Elizaveta Ermilova deyir ki, gündüz təxminən 20-30 dəqiqəlik yuxu faydalı ola bilər, lakin daha uzun yuxu problemlərə gətirib çıxarır.
E-saglam.az xəbər verir ki, o, “İzvestiya” ilə söhbətində gündüz yuxusunun təhlükələri barədə xəbərdarlıq edib.
Gün ərzində yuxu xroniki yuxusuzluq və ya narkolepsiya ilə baş verərsə, patoloji gündüz yuxululuğundan danışa bilərik - deyə, həkim xəbərdarlıq edib. Onun sözlərinə görə, obstruktiv yuxu apne sindromu çox vaxt gündüz yuxululuğu ilə müşayiət olunur. “Daha uzun yatmağın (xüsusilə axşam saatlarında 60-90 dəqiqə) yuxu hormonu melatoninin istehsalını poza biləcəyinə dair fikirlər də var. Bu, sonradan yuxu-oyanma dövrünün pozulmasına gətirib çıxarır”, - deyə Ermilova izah edib.
Öz növbəsində toksikoloq Mixail Katuşov yuxusuzluq və ya psixi problemləri olan insanları diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, gündüz yuxuları 30-40 dəqiqədən çox uzanır. Bu isə yuxunun dərin mərhələsinə düşmək və oyandıqdan sonra oriyentasiya və yorğunluq hissi ilə üzləşməyə gətirib çıxara bilər. Toksikoloq izah etdi ki, bu vəziyyət yuxu ətaləti adlanır və 15 dəqiqədən bir saata qədər davam edə bilər. Gün ərzində uzun yuxular gecə yuxu rejimini poza bilər və yuxusuzluğa səbəb ola bilər.
Tərcümə: Könül Oruc