Yandex watch
Güclü əzələləri olanlar

Prof. Dr. Güner Sönməz yeni araşdırma nəticələrini bölüşüb. Onun sözlərinə görə, güclü əzələlər yalnız xarici görünüş deyil, eyni zamanda metabolik sağlamlığın vacib göstəricisidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əzələ gücü yüksək olan şəxslərdə 2-ci tip diabet riski əhəmiyyətli dərəcədə azalır, hətta genetik meyil olsa belə.

Tədqiqat nəticələrinə əsasən, əzələ gücü yüksək olan insanlarda növbəti 8 il ərzində diabetə tutulma ehtimalı 44% daha azdır. Bu da onu göstərir ki, güc məşqləri yalnız forma üçün deyil, həm də sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.

Ən diqqətçəkən məqam isə budur: yüksək genetik risk daşıyanlarda belə əzələ gücü artırıldıqda xəstəliyə tutulma ehtimalı kəskin şəkildə azalır. Məsələn, yüksək risk qrupunda əzələ gücü az olanların riski 5,23%-dirsə, əzələ gücü yüksək olanlarda bu rəqəm 2,47%-ə enir.

Nəticə aydındır – əzələlərinizi möhkəmləndirin, gələcəyinizi qoruyun. Yaşınız və genetik fondunuz nə olursa-olsun, bədənə edilən bu sərmayə sağlam gələcəyin açarıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az