Yandex watch
​​​​​​​Gözünüzdəki damarlar bu xəstəliyin

Yeni Zelandiyanın Otaqo Universitetində aparılan araşdırma göstərib ki, gözün daxili qatındakı qan damarları Alzheimer və ona bənzər demans növlərinin erkən əlamətlərini göstərə bilər. Bu tapıntılar gələcəkdə sadə göz müayinəsinin insanın demans riski barədə məlumat verə biləcəyini ortaya qoyur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqatın əsas diqqət mərkəzi işığa həssas tor qişa (retina) olub. Beyinlə birbaşa əlaqəsi olan tor qişa Alzheimer kimi nevroloji xəstəliklər üçün potensial biomarker hesab olunur.

Otaqo Universitetinin psixoloqu Aşli Barret-Yanq bildirib ki, Alzheimer xəstəliyinə səbəb olan bir çox patoloji proseslər tor qişada da əks olunur və bu onu xəstəlik riski üçün vacib göstəriciyə çevirir.

Tədqiqat çərçivəsində 1972–1973-cü il təvəllüdlü Yeni Zelandiyalıların sağlamlığını 45 il ərzində müşahidə edən “Dunedin Multidisiplinar Sağlamlıq və İnkişaf Araşdırması”nın məlumatları təhlil edilib. İştirak edən 938 nəfərin 45 yaşda çəkilmiş göz görüntüləri və digər test nəticələri demans riski ilə əlaqələndirilib.

Araşdırmada tor qişada sinir lifləri, qanqlion hüceyrələri və daxili pleksiform qat qiymətləndirilib. Xüsusilə, sinir lifi təbəqəsi vizual siqnalları beyinə ötürdüyü üçün xüsusi əhəmiyyət daşıyıb.

Əvvəlki işlər bu qatın zehni qabiliyyətlə əlaqəsini göstərsə də, bu dəfə tədqiqatçılar tor qişanın mikrodamar quruluşunun demans riski ilə daha güclü əlaqəyə malik olduğunu müəyyən ediblər. Kiçik arteriyaların daralması və venaların genişlənməsi daha yüksək demans riski ilə əlaqələndirilib.

Bu damar dəyişiklikləri təkcə göz sağlamlığı haqqında deyil, həm də ümumi damar sistemi, xüsusilə beyin damarlarının vəziyyəti barədə məlumat verir. Məlumdur ki, damar problemləri Alzheimer xəstəliyinin inkişafında mühüm rol oynayır.

Tapıntılar hələlik tibbi praktikaya tətbiq edilə biləcək səviyyədə deyil. Çünki araşdırma müəyyən populyasiyaya əsaslanıb və istifadə edilən risk meyarları hələlik diaqnostik alət kimi yetərli hesab olunmur. Bununla belə, gələcəkdə sadə göz müayinələrinin demansın erkən aşkarlanmasında rol oynaması mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az