Tibbi xəbərlər
Gözlər təkcə ürəyin aynası deyilmiş,
Tibbi xəbərlər
198

Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir

Elm adamları bildirirlər ki, göz hərəkətləri yaddaş itkisi başlamazdan illər əvvəl Alzheimer xəstəliyinin əlamətlərini göstərə bilər.

E-saglam.az xəbər verir ki, Kanada və Karib hövzəsində aparılan araşdırmaya görə, baxış nümunələri koqnitiv zəifləmənin ən erkən göstəricilərindən biridir.

Tədqiqatçılar qeyd edir ki, sağlam yaddaşa sahib insanlar şəkillərə baxarkən daha maraqlı və müxtəlif detallar axtarır. Yaddaş zəifliyi olanlarda isə baxışlar daha məhdud və təkrarlanan olur. Bu isə beynin zəif zehni təmsillər yaratdığını və nəticədə yaddaş itkisini sürətləndirdiyini göstərir.

Əvvəlki araşdırmalar da gözlərin beyin sağlamlığı ilə bağlı ipucları verdiyini sübut edib. Məsələn, görmə qabiliyyətinin zəifləməsi demensiyanı diaqnozdan 12 il əvvəl proqnozlaşdıra, tor qişadakı dəyişikliklər isə riskləri illər öncədən göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, gələcəkdə göz hərəkətlərinin və tor qişa müayinələrinin təhlili Alzheimer və digər neyrodegenerativ xəstəliklərin erkən diaqnozunda güclü vasitə ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun