Tibbi xəbərlər
Gözə baxıb xəstəlikləri aşkar edən
Tibbi xəbərlər
185

Gözə baxıb xəstəlikləri aşkar edən cihaz hazırlandı

“İndiana” Universitetinin alimləri sağlamlıq sahəsində irəliləyiş əldə ediblər. Yeni hazırlanmış cihaz sadəcə gözlərinizi müayinə etməklə müxtəlif xəstəlikləri aşkar edə bilir.

E-saglam.az publika.az-a istinadən xəbər verir ki, cihaz gözün sağlamlıq vəziyyəti ilə bağlı ipuclarını araşdıra bilən qabaqcıl texnologiyaya malikdir.

Tədqiqat qrupu 2000-ci illərdən bəri xəstəlikləri göz vasitəsilə aşkar etməyə kömək edən oftalmoskoplar üzərində işləyir.

Astronomiyadan ilham alaraq hazırlanmış bu cihazlar atmosferin və gözün optik sisteminin yaratdığı təhrifləri düzəldərək aydın görüntülər əldə edir.

Cihaz ayırdetmə qabiliyyəti ilə insan gözünün arxa hissəsini skan edə və qırmızı qan hüceyrələrinin hərəkətini anında izləyə bilir. Bundan əlavə, süni intellektin dəstəyi ilə cihaz tərəfindən toplanan məlumatlar tez və dəqiq təhlil edilir.

Tədqiqatın rəhbəri professor Börns alzheimer kimi xəstəliklərin gözdəki damarlarda izlər buraxdığını bildirib: "Hazırda bahalı PET skanerləri ilə bu əlamətləri görə bilirik. Ancaq eyni simptomları bir göz skanı ilə təsbit etsək, bu, daha az maliyyətə başa gələcək”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun