Tibbi xəbərlər
Göz transplantasiyasında böyük ümid verən
Tibbi xəbərlər
237

Göz transplantasiyasında böyük ümid verən əməliyyat

Keçən il dünyada ilk dəfə tam göz və sol üz transplantasiyası əməliyyatı edilən şəxsin sağalma prosesində ciddi irəliləyişlərin olduğu açıqlanıb.

E-saglam.az xəbər verir ki, 46 yaşlı Aaron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən qəza keçirib və üzünün çox hissəsini itirib. O, çox az adamda edilən qismən üz transplantasiyası əməliyyatı keçirib.

Nyu York Universitetinin “Langone” Sağlamlıq Tibb Mərkəzinin tədqiqatçıları transplantasiya edilmiş gözün normal təzyiq və qan axını saxladığını bildiriblər.

Mütəxəssislər tor qişanın işığa reaksiyasını ölçən elektroretinoqrafiya testini Ceymsə tətbiq ediblər. Bu test donor gözündə işığa həssas sinir hüceyrələrinin transplantasiyadan sağ çıxdığını göstərib.

Araşdırmada iştirak edən komanda deyir ki, bu nəticələr gələcəkdə göz transplantasiyası ilə görmə qabiliyyətinin bərpasına ümid verir. (publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun