Tibbi xəbərlər
Göz tənbəlliyinin səssiz səbəbi
Tibbi xəbərlər

Göz tənbəlliyinin səssiz səbəbi məlum oldu

Astiqmatizm vaxtında aşkarlanmadıqda, xüsusilə uşaqlarda qalıcı görmə problemlərinə və göz tənbəlliyinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Oftalmologiya üzrə mütəxəssis Prof. Dr. Yusuf Yıldırım bildirir ki, astiqmatizm görmə keyfiyyətini pozan, ikiqat və bulanıq görmə, şəkillərin təhrif olunması və gecə görmə çətinliyi kimi əlamətlərlə özünü göstərən qırılma qüsurudur.

Yıldırımın sözlərinə görə, astiqmatizm nizamlı və nizamsız olmaqla iki yerə bölünür. Nizamlı hallarda eynək, kontakt linzalar və lazer texnologiyası ilə effektiv müalicə mümkündür. Son illərdə xüsusilə "Smile Pro" adlı lentikulyar cərrahiyyə üsulu diqqət çəkir. Bu metodla 5 dərəcəyə qədər astiqmatizmi təhlükəsiz şəkildə müalicə etmək mümkündür. Korneaya edilən kiçik kəsiklər vasitəsilə lazerin yaratdığı toxuma çıxarılır və bu da daha təsirli nəticə verir.

Prof. Dr. Yıldırım parıltı və işıq səpilməsi kimi əlavə görmə problemlərinin də astiqmatizmdə rast gəlindiyini vurğulayır. O, Smile Pro ilə yanaşı PRK, səthi ablyasiya və ənənəvi LASIK üsullarının da tətbiq edildiyini qeyd edir. Lakin hər bir xəstənin göz quruluşu fərqli olduğu üçün fərdi yanaşma və dəqiq göz müayinəsi vacibdir.

Uşaqlarda erkən diaqnoz həyati əhəmiyyət daşıyır

Astiqmatizmin xüsusilə uşaqlarda gecikmiş diaqnozu, gələcəkdə göz tənbəlliyinə və görmə qabiliyyətində ciddi zəifləməyə səbəb ola bilər. Prof. Dr. Yıldırım erkən müdaxilənin vacibliyini vurğulayır: “Uşaq vaxtı aşkar edilən astiqmatizm eynək və ya linza ilə müalicə edilərsə, gələcəkdə sağlam görmə bacarığı qoruna bilər.”

Eyni zamanda, cərrahi müdaxilədə xəstənin yaşı və göz quruluşu nəzərə alınmalı, ən uyğun müalicə üsulu seçilməlidir. Göz sağlamlığının qorunması üçün uşaqların erkən yaşlardan başlayaraq mütəmadi göz müayinələrindən keçməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun