Xəstəliklər
Göz altındakı qaralmanın gizli riskləri:
Xəstəliklər

Göz altındakı qaralmanın gizli riskləri: Ciddi xəstəliklərin 5 əlaməti

E-saglam.az xəbər verir ki, bu dairələr yuxusuzluq, anemiya, susuzluq, stress və allergiya kimi müxtəlif səbəblərdən yarana bilər. Dəmir çatışmazlığı ilə əlaqəli anemiya qadınlarda daha çox görülür və müalicə edilmədikdə yorğunluq və ürək problemlərinə səbəb ola bilər. Susuzluq böyrəklərin düzgün işləməməsi ilə əlaqədar ola bilər, bu da toksinlərin bədəndən təmizlənməsinə mane olur. Stress isə hormonal balanssızlığa səbəb olaraq dəri sağlamlığını pisləşdirə və gözaltı qaralmalara gətirib çıxara bilər.

Allergiyalar və sinus tıkanıklığı da qara dairələrə səbəb olan amillərdən biridir və müalicə edilmədikdə ağırlaşmalara yol aça bilər. Qara dairələrin azaldılması üçün yuxu rejiminə riayət etmək, dəmir və antioksidantlarla zəngin qidalar istehlak etmək, bol su içmək və soyuq kompreslər tətbiq etmək faydalıdır. Aloe vera, yaşıl çay paketləri və göz kremləri də dəriyə müsbət təsir göstərə bilər. Lakin, qara dairələr uzunmüddətli davam edərsə və digər simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun