Xəstəliklər
Göz allergiyasının səbəbi düşündüyünüzdən
Xəstəliklər

Göz allergiyasının səbəbi düşündüyünüzdən fərqli ola bilər

E-saglam.az xəbər verir ki, soyuq hava və qapalı məkanlarda havanın quruması gözlərdə allergik reaksiyalara səbəb ola bilər. Qış aylarında istilik sistemlərinin yaratdığı quru hava, toz gənələri və kif göbələkləri kimi allergenlərin yayılmasını artırır.

Hava çirkliliyi və sənaye tullantıları da göz qıcıqlanmasını gücləndirən əsas faktorlardandır. Gözləri tez-tez ovuşdurmaq allergenlərin birbaşa gözlərə keçməsinə və şikayətlərin artmasına səbəb ola bilər.

Kontakt linzalar bəzi insanlarda allergik reaksiyaları artırdığından, bu dövrdə eynək taxmaq daha faydalı ola bilər. Göz sağlamlığını qorumaq üçün mütəmadi havalandırma aparmaq və nəmləndiricilərdən istifadə etmək tövsiyə olunur.

Açıq havada günəş eynəyi taxmaq gözlərin allergenlərə qarşı qorunmasına kömək edə bilər. Uzunmüddətli qaşınma, yanma və sulanma kimi şikayətlər varsa, mütləq göz həkiminə müraciət edilməlidir.

Müalicə olunmayan göz allergiyaları zamanla göz səthinə zərər verə və görmə keyfiyyətini aşağı sala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun