Elm adamları uşaqlarda autizm riskini göbək qanındakı yağ turşuları ilə əlaqələndirən bir əlaqə aşkar ediblər.
E-saglam.az xəbər verir ki, Yaponiyanın Fukui Universitetinin tədqiqatçıları autizmin mümkün səbəblərini işıqlandırmaq üçün 200 uşağın göbək qanı nümunələrində çoxlu doymamış yağ turşuları (PUFA) ilə autizm skorları arasındakı əlaqəni araşdırıblar. Bu yeni məlumatın autizm spektri pozğunluğunu (ASD) anlamaq, diaqnoz qoymaq və hətta qarşısını almaq üçün "kritik" ola biləcəyi düşünülür.
Göbək ciyəsi ilə autizm arasındakı əlaqə
Tədqiqat müəyyən etdi ki, göbək qanındakı diHETrE adlı birləşmə ASD şiddətinə "güclü təsir" göstərə bilər.
Tədqiqatın müəllifi və uşaqların psixi sağlamlığının inkişafı professoru Hideo Matsuzaki bildirib ki, doğuş zamanı göbək qanında diHETrE səviyyələri uşaqlarda ASD simptomlarına əhəmiyyətli dərəcədə təsir göstərir və adaptiv disfunksiyalarla əlaqələndirilir.
Tədqiqatçılar yüksək səviyyəli diHETrEnin sosial qarşılıqlı çətinliklərlə əlaqəli olduğunu, aşağı səviyyələrin isə uşaqlarda təkrarlanan və məhdudlaşdırıcı davranışlarla əlaqəli olduğunu aşkar etdilər. Bu əlaqənin qızlarda oğlanlara nisbətən daha qabarıq olduğu müşahidə edilib.
Uşaqlar doğulduqdan dərhal sonra göbək ciyəsi nümunələri toplanıb və mühafizə edilib. Bu uşaqlarda ASD əlamətləri 6 yaşında olarəkən analarının köməyi ilə müəyyən edilib.
Bu nəticələrə əsasən, tədqiqatçılar doğuş zamanı diHETrE səviyyələrinin ölçülməsinin uşağın ASD inkişaf riskini proqnozlaşdırmaq üçün dəyərli bir vasitə ola biləcəyini təklif edirlər. ASD olan uşaqlar üçün erkən müdaxilənin effektivliyi yaxşı məlumdur və doğum zamanı aşkarlama, müdaxilə və dəstək proseslərini yaxşılaşdıra bilər.
Hideo Matsuzaki, hamiləlik zamanı diHETrE metabolizmasının qarşısının alınmasının uşaqlarda ASD xüsusiyyətlərinin qarşısını almaq üçün perspektivli bir yol ola biləcəyini də qeyd edib, lakin bu sahədə daha çox araşdırmaya ehtiyac olduğunu da vurğulayıb.
Ümidverici ola bilər
Tədqiqatın müəllifləri hesab edirlər ki, bu tapıntılar ASD sirlərini açmaq üçün perspektivli bir yoldur və potensial olaraq diaqnoz və müalicəni təkmilləşdirə bilər.
Lakin Yale Universiteti Tibb Məktəbinin uşaq psixiatriyası və psixologiyası professoru James McPartland qeyd etdi ki, bu tədqiqat hazırda ASD diaqnozu üçün faydalı deyil.
Tərcümə: Könül Oruc