Tibbi xəbərlər
Gənclərdə yaddaş problemlərinin səbəbləri nələrdir?
Tibbi xəbərlər
233

Gənclərdə yaddaş problemlərinin səbəbləri nələrdir?

Gənclərdə yaddaş problemlərinin səbəbləri nələrdir? 

E-saglam.az xəbər verir ki, sağlam olmayan qidalanma vərdişləri, yuxu pozğunluğu, vitamin çatışmazlığı və depressiya kimi problemlər gənclərin unutqanlıq problemləri yaşamasına səbəb ola bilər. 

Xüsusilə kompüter və mobil telefonlar gündəlik həyatın bir parçasına çevrildikcə unutqanlıq yaşı da getdikcə azalıb.

Vitamin B12-D3 və fol turşusu çatışmazlığı da unutqanlıq problemlərinə səbəb ola bilər.

Bəs nə etmək lazımdır?

- Müntəzəm olaraq kitab oxuma vərdişi qazanılmalıdır.

- Düzənsiz həyat tərzindən imtina edilməlidir.

- Daimi yuxu rejimi mütləqdir.

- Yanlış yemək vərdişlərindən qaçınmaq lazımdır.

- Hazır qidaların və qızardılmış qidaların istehlakı məhdudlaşdırılmalıdır.

- Kompüter və smartfonlardan istifadə məhdudlaşdırılmalıdır.

- Bol su içməli və gündə ən az 1 saat gəzməlisiniz.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun