Tibbi xəbərlər
Gəncədə xəstəxananın mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin
Tibbi xəbərlər
224

Gəncədə xəstəxananın mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və Hüseynov Vüsal Vidadi oğlunun məhkəmələri başlayır.

E-saglam.az xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumatda Vidadi Hüseynovun Məhəbbət Abdullayev və digərləri ilə əlbir olaraq işə gəlməyən çoxsaylı işçinin əməkhaqqı kartlarını özündə saxladığı və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməkdə şübhəli bilindiyi qeyd olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə M.Abdullayev və V.Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.

Daha sonra M.Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib.(Report) 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun