Böyrəklərin sağlamlığını qorumaq üçün qış aylarında bəzi super qidalar tövsiyə olunur.
E-saglam.az xəbər verir ki, gecələr bu qidaları istehlak etmək böyrəkləri dəstəkləyir, qan təzyiqini tənzimləyir və iltihabı azaldır.
1. Çuğundur
Qan təzyiqini aşağı salan və qan axınını yaxşılaşdıran antioksidant və nitratlarla zəngindir. Salat və ya şorbalara əlavə edərək istehlak edə bilərsiniz.
2. Zoğal
Sidik yollarını qoruyur və oksidləşdirici stresi azaldır. Təzə zoğal və ya zoğal suyundan istifadə edə bilərsiniz.
3. Şirin Kartof
A və C vitaminləri, lif və kaliumla zəngindir. Qan şəkərini və qan təzyiqini tarazlaşdırır. Bişirərək yeməklərinizə əlavə edin.
4. Sarımsaq
İltihabı azaldır, qan təzyiqini və xolesterini tənzimləyir. Yeməklərə ləzzət qatmaq üçün istifadə edə bilərsiniz.
5. İspanaq
Dəmir və maqneziumla zəngin olan ispanaq, ölçülü şəkildə istehlak edildikdə böyrəklərə faydalıdır. Böyrək daşlarına meylli olanlar ehtiyatla istifadə etməlidirlər.
Digər tövsiyələr:
- Bol su için.
- Duz qəbulunu məhdudlaşdırın.
- Bədəninizi isti və aktiv saxlayın.
Bu qidaları pəhrizinizə daxil edərək, böyrək sağlamlığınızı qışda qorumağa kömək edə bilərsiniz.
Tərcümə: Könül Oruc