Xəstəliklər
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin
Xəstəliklər
419

Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Əgər insan yuxuda çığırır, əl-qol və ya təpik atırsa, bu Parkinson xəstəliyi, yaxud Levi cisimcikli demensiyanın erkən əlaməti ola bilər.

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə alimlərin "eBioMedicine" jurnalında dərc olunan elmi araşdırmasında qeyd olunub.

Araşdırmada alimlər 1200-dən çox beyinin MRT-sini təhlil edərək bu davranış pozuntusunun (RBD) ağır neyrodegenerativ xəstəliklərin xəbərçisi ola biləcəyini müəyyən ediblər.

Qeyd edilir ki, normalda yuxuda əzələlər iflic olur ki, insan yuxudakı hərəkətləri gerçəkdə təkrarlamasın.

RBD zamanı bu mexanizm pozulur və insan aqressiv davranmağa başlayır. Bu, adətən 50 yaşdan sonra baş verir və həmin şəxslərin 90%-i sonradan Parkinson və ya demensiya diaqnozu alır.

Alimlər süni intellektin köməyi ilə beyində iki növ atrofiya aşkar ediblər: Parkinson zamanı zədələnmə dərin beyin quruluşlarında, demensiyada isə beyin qabığında başlayır. Bu fərq, xəstəliyin hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən müəyyən etməyə kömək edə bilər.

Mütəxəssislər hesab edir ki, RBD-nin vaxtında aşkarlanması və beyin atrofiyasının izlənməsi sayəsində daha effektiv müalicə yolları tapmaq və xəstəliklərin gedişini yavaşlatmaq mümkündür.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun