Tibbi xəbərlər
Gecə tualetə getmək istəyi:
Tibbi xəbərlər

Gecə tualetə getmək istəyi: Neçə dəfə olması təhlükəlidir?

İngilis həkimləri iddia edirlər ki, 30 yaşdan yuxarı hər üçüncü insan gecə sidiyə getmə istəyi yaşayır.

E-saglam.az xəbər verir ki, bununla belə, “SberZdorovye” tibb şirkətinin uroloqu Pavel Nizin xəbərdarlıq edib ki, nokturiya – tez-tez tualetə getmək zərurəti – nəinki yuxunu pozur və yuxusuzluğa səbəb olur, həm də ümumilikdə həyat keyfiyyətini aşağı salır.

Gecələr sidiyə getməyə çağırışın hansı tezliyi sağlamlıq problemlərini göstərir?

Gecələr 1 dəfədən çox tualetə getmək, sağlamlıq problemlərini göstərə bilər.

Həkim, bir insanda birdən-birə nokturiyanın göründüyü hallarda xüsusilə diqqətli olmağı tövsiyə etdi. Onun sözlərinə görə, bu halda sidik kisəsinin tez-tez boşaldılması ehtiyacı uroloji və bəzi digər xəstəliklər, o cümlədən 2-ci tip şəkərli diabet və sidik yollarının infeksiyaları ilə bağlı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun