Gecələr sizi yuxudan oyandıran ürək döyüntüsü ciddi sağlamlıq probleminin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, kardioloq Dr. Adnan Köşüş bildirir ki, bu vəziyyət ritm pozğunluğu, tiroid xəstəlikləri, stress və ya vitamin çatışmazlığı ilə bağlı ola bilər.
Əsas səbəblər
Gecə çarpıntılarının əsas səbəbləri arasında paroksismal supraventrikulyar taxikardiya (PSVT) və atrial fibrilasiya kimi aritmiyalar var. Bu ritm pozğunluqları vaxtında aşkar edilməzsə, insult və ürək çatışmazlığı kimi ağır nəticələrə səbəb ola bilər.
Qeyri-ürək səbəbləri
Ürək döyüntüsü həmişə birbaşa ürəkdən qaynaqlanmır. Tiroid vəzin həddindən artıq işləməsi, qan azlığı, stress, panik atak və kofein qəbulu da bu halı yarada bilər.
Diaqnoz və müalicə
Doğru diaqnoz üçün EKQ, Holter monitoru və qan analizləri aparılmalıdır. Həkimlər, bu simptomların səbəblərinə görə fərdi müalicə planı hazırlayırlar. Müalicəyə dərmanlar, ablasiya və həyat tərzi dəyişiklikləri daxil ola bilər.
Mütləq həkimə müraciət edin
Dr. Köşüş bildirir ki, gecə ürək döyüntüsü ilə oyanan şəxslər mütləq kardioloqa müraciət etməlidirlər. Xüsusilə ailəsində ürək problemi olanlar bu əlamətləri ciddiyə almalıdır. Erkən diaqnoz həyat xilas edə bilər.
Tərcümə: Könül Oruc