Tibbi xəbərlər
Gecə oyanıb tez-tez sidiyə gedirsinizsə,
Tibbi xəbərlər
438

Gecə oyanıb tez-tez sidiyə gedirsinizsə, bu xəstəliklərin əlaməti ola bilər!

Gecə yuxudan durub tez-tez tualetə getmək bir çox insan üçün adi hal kimi görünür.

E-saglam.az xəbər verir ki, ancaq bu vəziyyət böyrəklərdən tutmuş ürək və şəkər xəstəliklərinə qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Əgər bu hal mütəmadi davam edirsə, diqqətli olun!

1. Şəkərli diabet

Bədənin qan şəkərini tənzimləyə bilməməsi nəticəsində sidiklə daha çox şəkər xaric olunur və bu, bədəndə maye itkisinə səbəb olur. Tez-tez sidiyə çıxma diabetin ilk və ən mühüm əlamətlərindən biridir.

2. Ürək çatışmazlığı

Ürək gecələr düzgün işləmədikdə bədəndə toplanan artıq mayeləri çıxarmaq üçün böyrəkləri daha çox işləməyə məcbur edir. Bu da insanın bir gecədə 2-3 dəfə tualetə getməsinə səbəb ola bilər.

3. Prostat problemləri (kişilər üçün)

Prostat vəzi böyüdükdə sidik kanalına təzyiq göstərir və bu da sidik ifrazını çətinləşdirir və tezləşdirir. Xüsusilə kişilər gecə yarısı birdən oyandıqlarını və tualetə çatmaqda çətinlik çəkdiklərini deyirlər.

4. Böyrək xəstəlikləri

Böyrəklər sidiyin tənzimlənməsində əsas rol oynayır. Onların funksiyası zəiflədikdə gecə sidiyə çıxma halları artır, bu isə bəzən xroniki böyrək xəstəliklərinin ilk əlaməti ola bilər.

5. İstifadə etdiyiniz dərmanlar

Xüsusilə təzyiq salan dərmanlar və ya sidikqovucular (diuretiklər) gecə sidiyə çıxma ehtiyacını artırır. Bu dərmanlar günün gec saatlarında qəbul olunursa, təsiri yuxuda özünü göstərə bilər.

Nə etmək olar?

Yatmazdan 2 saat əvvəl maye qəbulunu azaldın

Hər gecə eyni saatda yatmağa çalışın – yuxu ritmini qoruyun

Sidik yolları infeksiyası və ya şəkər üçün analiz etdirin

Kişilər prostat müayinəsindən keçsin

Daimi davam edərsə, həkimə müraciət edin – gecikdirməyin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun