Xəstəliklər
Gec yatan insanlarda ikinci tip diabet riski
Xəstəliklər

Gec yatan insanlarda ikinci tip diabet riski daha yüksəkdir

Tədqiqatçılar müəyyən ediblər ki, gecələr gec yatan insanların bədən kütləsi indeksi daha yüksəkdir və 2-ci tip diabet riski daha tez yatanlara nisbətən 46 faiz çoxdur.

E-saglam.az xəbər verir ki, "EurekAlert" saytının məlumatına görə, Hollandiyadan olan tədqiqatçılar gecə gec yatmaq, 2-ci tip diabet və bədən yağ faizi arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar araşdırmaya qatılan, orta yaş 56 və orta bədən kütlə indeksi 30 olan 5 mindən çox insanın yuxu və oyanma saatlarını qeyd edərək, yuxularının orta nöqtəsini hesablayıblar.

Müvafiq olaraq, tədqiqatçılar iştirakçıları yuxu və oyanma saatlarına görə 3 kateqoriyaya ayırıblar: 20 faiz erkən xronotip, 20 faiz gec xronotip və 60 faiz orta xronotip olub.

Tədqiqatçılar bütün iştirakçıların bədən kütləsi indeksini hesablamaqla yanaşı, onlardan 1526-nın qaraciyəri kimi daxili orqanların yağ tərkibini də ölçüblər.

Müvafiq olaraq, yaş, cins, təhsil, bədən yağ faizi və həyat tərzi kimi şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, 2-ci tip diabet inkişaf riski “gec xronotip” kateqoriyasındakı iştirakçılarda, gec, orta xronotip kateqoriyasında olanlarla müqayisədə 46 faiz yüksəkdir.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, gec xronotip kateqoriyasındakı iştirakçıların bədən kütləsi indeksi ara xronotipləri olanlardan 0,7 daha yüksəkdir.

Tədqiqatın həmmüəllifi Jeroen van der Velde verdiyi açıqlamada, "Gecikmiş xronotipləri olan insanlar axşam saatlarında yemək yeməyə daha çox meyllidirlər" dedi. Axşam müəyyən vaxtdan sonra yemək yeməməyin maddələr mübadiləsi üçün faydalı olduğuna diqqət çəkib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun