Tibbi xəbərlər
Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsi
Tibbi xəbərlər
1348

Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsi təşkil edilib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb.

Nazirlikdən E-saglam.az-a verilən məlumata görə, bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilən ilk belə tədbir fevralın 5-də işğaldan azad olunan Füzuli şəhərində baş tutub. Nazirlik tərəfindən təşkil olunan tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

a group of people sitting at a table with balloons
a group of people in a room
a person and a boy sitting at a table with a paper airplane
a group of people sitting at tables

Tibbi müayinə aksiyası uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi, aradan qaldırılması və profilaktik tədbirlərin hazırlanması məqsədilə keçirilib.

Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq, o cümlədən funksional diaqnostika mütəxəssisləri (USM və Exokardioqrafiya üzrə mütəxəssislər) tərəfindən kiçik və böyük yaş qrupuna aid olan uşaqların müayinəsini aparıblar. Eyni zamanda, yerində tibbi məsləhətlər verilib, profilaktik baxışlar keçirilib və müvafiq müalicə təyin edilib.

a group of people sitting at tables
a group of people sitting at tables

Tədbir zamanı 150-dən çox uşaq həkimlər tərəfindən ümumi müayinədən, həmçinin ultrasəs və exokardioqrafiya müayinələrindən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun