Tibbi xəbərlər
Fil suitilərinin qanı ağciyər xəstəlikləri ilə mübarizə aparmağa
Tibbi xəbərlər
262

Fil suitilərinin qanı ağciyər xəstəlikləri ilə mübarizə aparmağa kömək edəcək

Fil suitilərinin sualtı həyata uyğunlaşması sağalmaz ağciyər xəstəliyi ilə mübarizə aparan dərmanların hazırlanmasına kömək edə bilər.

E-saglam.az  HİT.az-a istinadən xəbər verir ki, bunu "Am J Physiol" jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər üç fil suitisi və 14 təcrübəli dalğıcın qan nümunələrini analiz ediblər. Bəzi dalğıclar uzun və təhlükəli məşqdən sonra on dəqiqəyə qədər nəfəslərini tutmağı öyrənə bilirlər. Şimal fil suitiləri praktiki olaraq suyun altında yaşayır, hər 90 dəqiqədə bir dəfə nəfəs almağa qalxırlar.

Təhlillər müəyyən edib ki, sualtı həyata uyğunlaşdıqları üçün suitilər karbonmonoksitlə birləşən hemoglobin olan karboksihemoqlobinin daha yüksək səviyyəsinə malikdirlər. İnsanlarda oxşar səviyyələr karbonmonoksit zəhərlənməsinin simptomları ilə nəticələnəcək: ürəkbulanma və başgicəllənmə. Fil suitiləri də könüllü dalğıclar kimi eyni oksigen çatışmazlığı şəraitində daha sabit qan turşuluğuna sahibdir.

Gələcəkdə bu kəşf, ödem və ya xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi ağciyər xəstəliklərinin müalicəsi üçün əsas yarada bilər.

"İndiki mərhələdə işin xəstəlik anlayışını yaxşılaşdırıb-yaxşamayacağı bəlli deyil. Lakin insanın oksigen çatışmazlığına uyğunlaşma mexanizmlərini araşdırmaq mühüm elmi məqsəddir", deyə müəlliflər qeyd ediblər.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun