Tibbi xəbərlər
FHN Tibb Xidmətinin rəisi təyin olunan
Tibbi xəbərlər
399

FHN Tibb Xidmətinin rəisi təyin olunan qastroenteroloq kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış və təcrübəli həkimlərindən biri olan, 25 illik peşəkar təcrübəyə malik qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, uzun illər ərzində ölkənin nüfuzlu tibb müəssisələrində qastroenteroloq kimi fəaliyyət göstərib, bu sahədə yüksək peşəkarlığı və bilikləri ilə fərqlənib. Bir il ərzində FHN Tibb Mərkəzində şöbə rəisi vəzifəsində çalışaraq həm təşkilati, həm də tibbi sahədə uğurlu fəaliyyəti ilə seçilib.

Arzu Yusifova 1978-ci ildə Bərdə şəhərində anadan olub.1994-2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Mərkəzi Gömrük Hospitalında, 2011-2012-ci illərdə Xüsusi Müalicə Sağlamlıq Kompleksində, 2012-2015-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-qastroenteroloq, hepatoloq invaziv endoskopist olaraq çalışıb.

2015-ci ildən etibarən Baku Medical Plazada fəaliyyət göstərir.

FHN naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Arzu Yusifovanın peşəkarlığı və uğurlu rəhbərlik qabiliyyəti nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə rəhbər təyin olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun