Sağlamlığımızı dəstəkləmək üçün istehlak etməmiz lazım olan bir çox qida olsa da, onlardan biri də bənövşəyi soğandır. Digər soğanlardan fərqli olaraq, onun faydaları sözün həqiqi mənasında saysız-hesabsızdır. Bəs bənövşəyi soğanın sağlamlıq üçün faydaları nələrdir? Gəlin birlikdə görək...
E-saglam.az xəbər verir ki, bənövşəyi soğan həm sağlamlıq, həm də gözəllik baxımından faydaları ilə diqqət çəkən tərəvəzdir. Yetişdirilməsi asan olan bu tərəvəz tərkibindəki antioksidantlarla zəngin olması ilə bir çox xəstəliklərin qarşısının alınmasına və müalicəsinə töhfə verir.
BƏNŞƏYİ SOĞANIN SAĞLAMLIĞA FAYDALARI
Bənövşəyi soğan zəngin vitamin və mineral tərkibi ilə seçilir.
Boğaz iltihabına faydalıdır: Bənövşəyi soğanın tərkibindəki antioksidantlar boğaz iltihabını aradan qaldıra və rahatlama təmin edə bilər.
Səsi yaxşılaşdırır: Çiy bənövşəyi soğan və ya onun şirəsinin müntəzəm istehlakı səsin keyfiyyətini yaxşılaşdıra bilər.
Qan təzyiqini tənzimləyir: Bənövşəyi soğan qan təzyiqini tarazlaşdıran təsiri ilə tanınır.
Antioksidant anbarı: Tərkibində 20-dən çox antioksidan olan bənövşəyi soğan bədəni sərbəst radikallardan qoruyur.
Həzm və Bağırsaq Sağlamlığı: Bənövşəyi soğan bağırsaqlarda faydalı bakteriyaları artırır, zərərli bakteriyaları məhv edir və həzmi dəstəkləyir.
Diabet və Sümük Sağlamlığı: İnsulin istehsalını dəstəkləyir, sümük sağlamlığını qoruyur və osteoporoz riskini azaldır.
Menopoz və Omba Sınığı: Menopoz zamanı rahatlama təmin edir və omba sınığı riskini azaldır.
Dəri və saç sağlamlığı: Dəridəki kirləri təmizləyir, saç tökülməsini azaldır və saçların daha sürətli uzanmasına kömək edir.
BƏNÖVŞƏYİ SOĞAN ŞİRƏSİNİN FAYDALARI
Bənövşəyi soğan suyunun sağlamlığa çox faydası var.
Vitamin və Mineralların Mənbəyi: Tərkibində maqnezium, dəmir, vitamin C və B6, fol turşusu və fosfor var.
İltihabla mübarizə: Bədəndəki iltihabı qurudur və həzmi asanlaşdırır.
Bağırsaq Sağlamlığı: Həm ishal, həm də qəbizlik problemlərinə yaxşı gəlir.
Ürək və Dəri Sağlamlığı: Ürək sağlamlığını qoruyur, sızanaqların əmələ gəlməsinin qarşısını alır və sidik yollarında ağrıları aradan qaldırır.
SAÇ VƏ DƏRİYƏ QULLUQDA BƏNÖVŞƏYİ SOĞAN
Bənövşəyi soğan suyu saç və dəriyə qulluqda da təsirli təbii məhsul kimi istifadə olunur:
Saça Qulluq: Saçların köklərinə bənövşəyi soğan suyunun çəkilməsi saç tökülməsini azalda və saçları daha canlı göstərə bilər. Həm də saçların ağarmasını gecikdirir və daha sürətli uzanmasına kömək edir.
Dəriyə Qulluq: Bənövşəyi soğan suyu dərini təmizləməyə kömək edir, sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Dəriyə parlaqlıq qatır və məsamələri azaldır.
Bənövşəyi soğanı istifadə edərkən nələrə diqqət etmək lazımdır?
Bənövşəyi soğanın həddindən artıq istehlakı mədə problemlərinə səbəb ola bilər və bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Soğan allergiyası olan insanlar bənövşəyi soğandan uzaq durmalıdırlar. Bundan əlavə, reflü və ya xora kimi mədə pozğunluğu olanlar diqqətli olmalıdırlar.
Soğan suyu necə hazırlanır?
Bənövşəyi soğan suyu hazırlayarkən orta boy soğanı dörd hissəyə kəsib iki stəkan su ilə qaynatmaq lazımdır. Bu qarışığı on beş gün nahar və şam yeməyindən əvvəl bir stəkan içmək lazımdır. Eyni suyu saç və dəriyə qulluq üçün də istifadə etmək olar. Bununla belə, bənövşəyi soğan müalicəsi altı aylıq bir fasilə ilə aparılmalıdır.
Arıqlamaya təsirləri
Bənövşəyi soğan suyu maddələr mübadiləsini sürətləndirə və həzmi asanlaşdıra bilər, ancaq tək başına arıqlamaq üçün kifayət deyil. Sağlam şəkildə arıqlamaq üçün pəhriz və idman proqramlarına əlavə olaraq istifadə edilməlidir.
Bənövşəyi soğanın sağlamlıq və gözəllik faydalarından faydalanmaq üçün onu müntəzəm olaraq pəhrizinizə əlavə edib dəri və saç baxım rutinlərinizə daxil edə bilərsiniz.
Tərcümə: Könül Oruc