Tibbi xəbərlər
Eyni hərəkəti 13 dəfə təkrarlayan qadın
Tibbi xəbərlər
101

Eyni hərəkəti 13 dəfə təkrarlayan qadın kor olub

Seattle sakini Deborah Cobb 19 yaşında çimərlikdə ardıcıl 13 salto etdikdən sonra başgicəllənmə və görmə probleminə görə yerə yıxılıb.

E-saglam.az xəbər verir ki, hadisə baş verəndə sadəcə əylənmək istədiyini deyən Cobb, 13-cü çevirmədən sonra gözlərinin fokuslanmadığını anlayıb.

Baş verənləri əvvəlcə dostlarından gizlətməyə çalışsa da, ertəsi gün vəziyyət düzəlmədiyi üçün xəstəxanaya üz tutub. İlk müayinələrdə tor qişada “günəş yanığı” ehtimalı irəli sürülsə də, daha sonra makula bölgəsində nadir qanaxma aşkar olunub.

Torlu qişa üzrə cərrah Rajesh Rao bildirib ki, təkrarlanan dönmə hərəkətləri gözdəki damarlarda təzyiqi artıraraq bu cür fəsadlara səbəb ola bilər. Cobb nəticədə üç ay mərkəzi görməsini itirib, oxumaq və maşın sürmək kimi fəaliyyətləri yerinə yetirə bilməyib.

Hazırda görməsi qismən bərpa olunub, lakin işıq parıltısı və qaranlıq ləkələr kimi simptomlar davam edir. Cərrahiyyə təklif olunsa da, o, risklərdən ehtiyat edərək əməliyyatdan imtina edib.

Bu hadisəni həyat dərsi kimi qəbul edən Cobb deyir: “Artıq hər günün kiçik sevincini daha çox qiymətləndirirəm”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun