E-saglam.az xəbər verir ki, baş həkim Oleq Meleşenko bildirir ki, bu səsin səbəbləri həm fizioloji, həm psixoloji, həm də sosial ola bilər:
-
Fizioloji mexanizm – Qarındaxili təzyiqin artması, əzələlərin səfərbər olunması və dəstək nöqtəsinin yaradılması səsli ekshalasiyaya səbəb ola bilər.
-
Yaşla bağlı dəyişikliklər – Toxuma elastikliyinin və əzələ gücünün azalması sadə hərəkətlərdə belə əlavə səy tələb edir.
-
Stressin boşaldılması – İnilti daxili gərginliyi azaltmağa və sinir sistemini sakitləşdirməyə kömək edə bilər.
-
Sosial vərdişlər – Ətrafdakılardan öyrənilmiş davranış bəzən simpatiya qazanmaq və ya kömək siqnalı vermək üçün istifadə olunur.
Normal və təhlükəli iniltini necə ayırd etmək olar?
Əgər inilti ağrısız, məhdudiyyətsiz və təsadüfi hallarda baş verirsə – bu, normaldır. Amma aşağıdakı əlamətlərlə müşayiət olunursa, tibbi yardım vacibdir:
-
Minimum fiziki səy zamanı baş verirsə
-
Onurğa, oynaq və ya sinədə ağrı ilə müşayiət olunursa
-
Nəfəs darlığı, ürək döyüntüsü, sinə sıxılması hissi varsa
-
Səhərlər sərtlik və məhdud hərəkətlilik müşahidə olunursa
-
Dinclik zamanı da baş verirsə
-
Əzələ zəifliyi, başgicəllənmə və ya öskürəklə birgə olursa
İnilti hansı xəstəliklərin əlaməti ola bilər?
-
Osteoxondroz, spondiloz, artroz, romatoid artrit
-
KOAH, bronxial astma
-
Ürək çatışmazlığı
-
Radikulopatiya, siyatik
-
Nevroloji və ya psixosomatik pozuntular
Bu vərdişi dayandırmaq lazımdırmı?
İnilti təkcə davranış deyil, bəzən bədənin adaptasiya mexanizmidir. Əgər bu vərdiş sosial və ya peşə baxımından narahatlıq yaradırsa, onun üzərində işləmək olar. Amma əksər hallarda zərərsizdir və əgər mənbəyi ağrı və ya xəstəlik deyilsə, müdaxilə tələb etmir.
İniltini necə dayandırmaq olar?
-
Müşahidə edin və tanıyın – İniltinin nə zaman baş verdiyini izləyin. Onu əvəzləyəcək alternativ davranışlar seçin.
-
Bədəni gücləndirin – Dartılma, güc və çeviklik məşqləri, xüsusilə arxa və çanaq əzələləri üçün effektivdir.
-
Tənəffüsü tənzimləyin – Diafraqmatik nəfəs və nəfəs məşqləri faydalıdır.
-
Psixoloji yanaşma – Stress və daxili gərginlik hallarında meditasiya, CBT və bədən yönümlü terapiya tətbiq oluna bilər.
İnilti əksər hallarda zərərsiz bir refleksdir. Ancaq onun arxasında sağlamlıq problemi dayana bilərsə, diqqətlə müşahidə edilməli və müvafiq mütəxəssisə müraciət edilməlidir.
Tərcümə: Könül Oruc