Xəstəliklər
Əvvəlcə barmaqları uyuşdu, sonra tamamilə iflic oldu:
Xəstəliklər
412

Əvvəlcə barmaqları uyuşdu, sonra tamamilə iflic oldu: İki uşaq atası həyatının şokunu yaşadı

İki uşaq atası olan 31 yaşlı Luke Pickering səhər əllərində yüngül karıncalanma hiss etməyə başlayanda bunun keçici uyuşma olduğunu düşündü. Ancaq simptomlar sürətlə yayıldı – bir neçə gün ərzində o, demək olar ki, tamamilə iflic oldu.

E-saglam.az xəbər verir ki, Pickering-ə nadir və təhlükəli bir sinir sistemi xəstəliyi olan Guillain-Barré sindromu (GBS) diaqnozu qoyuldu. Bu xəstəlikdə immun sistem sinir hüceyrələrinə hücum edərək bədənin hərəkət və hiss etmə qabiliyyətini sıradan çıxarır.

Pickering deyir: “Bir anda hərəkətsiz qaldım. Göz qapaqlarımı belə tərpədə bilmirdim. Fiziki itkilərdən çox, ailəmi dolandıra bilməmək məni sarsıtdı. O vaxt mən vidalaşmağa hazır idim”.

Onun həyat yoldaşı, müəllim Alix ilk simptomlarda təcili xəstəxanaya getməsini israr edərək erkən diaqnoza şərait yaratdı. Bu, onun həyatını xilas edən əsas addımlardan biri oldu. Simptomlar qısa müddətdə əllərdən ayaqlara, sonra isə bədənin digər hissələrinə yayıldı. Udma və danışma qabiliyyətini də itirdi.

Mütəxəssislər bildirirlər ki, GBS adətən virus infeksiyalarından – xüsusilə mədə-bağırsaq infeksiyaları, qrip və ya Covid-19-dan sonra ortaya çıxa bilər. Nevrolog Cavvad Hayder vurğulayır ki, “Guillain-Barré sindromu əllərdən başlayaraq üzə qədər yayıla bilən iflicə səbəb olur və erkən diaqnoz həyati əhəmiyyət daşıyır.”

Pickering üç həftə reanimasiya şəraitində qaldıqdan sonra bədəni plazma mübadiləsi və IVIG müalicəsinə cavab verməyə başladı. Beş həftə sonra reabilitasiya mərkəzinə köçürüldü. Burada səkkiz həftə ərzində fizioterapiya, loqoped və psixoloji dəstək aldı. Əlil arabasından qoltuqağacına, oradan da sərbəst yeriyə biləcək səviyyəyə çatdı.

O, sağalma prosesini gülümsəyərək xatırlayır: “Kiçik qızım Ayvi ilə yarışırdım – hansımız birinci yeriyəcək?”

 

2024-cü ilin fevralında işdən çıxarılan Pickering artıq əvvəlki işinə – maşın və traktor təmiri sahəsinə qayıdıb. İndi o, demək olar ki, əvvəlki həyat tərzinə dönüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun