Tibbi xəbərlər
Evinizin içindəki görünməz təhlükə:
Tibbi xəbərlər

Evinizin içindəki görünməz təhlükə: Hər il milyonlarla ölümə səbəb olur

Qapalı havanın çirklənməsi ciddi sağlamlıq problemlərinə və hər il milyonlarla insanın ölümünə səbəb olur.

E-saglam.az xəbər verir ki, "The Lancet" tibb jurnalında dərc edilən araşdırmaya görə, 2021-ci ildə 3,1 milyon insan daxili hava çirklənməsi səbəbindən həyatını itirib. Xüsusilə aşağı gəlirli ölkələrdə bu problem daha geniş yayılıb.

Bu çirklənmənin əsas səbəbi odun, kömür, kerosin və digər yanacaq növlərinin istifadə olunmasıdır. Yanma prosesi zamanı havaya yayılan zərərli hissəciklər tənəffüs yollarına daxil olaraq ağciyər xərçəngi, insult, ürək xəstəlikləri və digər ciddi problemlərə səbəb ola bilər.

Xüsusilə uşaqlar üçün böyük təhlükə yaradan bu problem 2021-ci ildə 5 yaşdan kiçik 500.000-dən çox uşağın ölümünə səbəb olub. Qapalı havanın çirklənməsi ilə mübarizədə təmiz enerjiyə keçid, tullantıların məhdudlaşvdırılması, ekoloji cəhətdən təmiz texnologiyaların dəstəklənməsi və ictimai məlumatlandırma kampaniyalarının artırılması əsas həll yolları kimi göstərilir.

Mütəxəssislər vurğulayır ki, təmiz enerjiyə çıxışın genişləndirilməsi və müvafiq tədbirlərin görülməsi milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıracaq və ciddi sağlamlıq risklərinin qarşısını alacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun