Tibbi xəbərlər
Evdə müalicə alan koronavirus xəstələri KT MÜAYİNƏSİ etdirməsin - AÇIQLAMA
Tibbi xəbərlər
175

Evdə müalicə alan koronavirus xəstələri KT MÜAYİNƏSİ etdirməsin - AÇIQLAMA

"Evdə müalicə alan koronavirus xəstələrinin KT müayinəsi etdirməyin heç bir mənası yoxdur, qadağan edilməlidir".

E-saglam.az verir ki, bu fikiləri həkim Şahin Məmmədov paylaşımında qeyd edib:

"Yenə KT-yə gedirlər. Birdən buzlaşma olar xəbərləri olmaz. Boş yerə özünüzü şüalandırmayın. KT xərçəng əmələ gətirir. KT ona görədir ki, siz də həyati təhlükəli nəsə var və başqa xəstəliklərə oxşayır.Həkim diaqnozunuzu heç cürə qoya bilmir, məcbur KT- yə göndərir. Yoxsa, koronavirus testiniz müsbətdirsə, temperaturunuz varsa, diaqnoz aydındır. Ağciyərdə buzlaşmanın olub-olmadığını bilmək istəyirsinizsə mən deyim: Bəli, buzlaşma artıq mövcuddur. Çox az faiz olsa da, bütün temperaturlu xəstələrdə var. Çünkü COVID -19 virusu aşağı tənəffüs yollarının infeksiyasıdır. Ağciyərdə problem var ki temperatur var"

Həkim Şahin Məmmədov bildirir ki, bəziləri ciyərdə 30-35 % buzlaşma yazılanda qorxudan infarkt olurlar:

"Bilin ki, 50% qədər buzlu şüşə mənzərəsi olan xəstələr yüngül sayılır. Lap ondan yuxarı rəqəm də olsa, narahat olmağa dəyməz, çünkü buzlu şüşə görüntüsü olan sahələr qazlar mübadiləsində iştirak edir və faizə görə müalicədə heç bir düzəliş, əlavələr aparılmır".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun